Azad Rəhimov: “Zülfiyyəyə təqaüd verilməsinin qəti əleyhinəyəm”
23 aprel 2014 18:20 (UTC +04:00)

Azad Rəhimov: “Zülfiyyəyə təqaüd verilməsinin qəti əleyhinəyəm”

“Gənclər və idman naziri məgər poçtda işləyir ki, məktubları çatdırmasın?” Lent.az-ın məlumatına görə, bunu nazir Azad Rəhimov veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynovanın ittihamlarına cavab olaraq bildirib.

O deyib: “Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Prezident təqaüdü idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə bizə müraciət edə bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2893
avatar

Oxşar yazılar