Xorvatiya və İslandiya arasında keçirilən oyundan sonra nasist salamı verən xorvatiyalı futbolçu Yosip Simuniç cəzalandırılıb. Lent.az-ın xəbərinə görə, İsveçrənin Lozanna şəhərində yerləşən İdman Məhkəməsi FİFA-nın Y.Simuniçə verilmiş 10 oyunluq cəzanı düzgün hesab edib.
İclasda şahidlər və Y.Simuniç dindirilib. Daha sonra məhkəmə FİFA-nın qərarını qüvvədə saxlayıb.
Məhkəmənin bu qərarından sonra xorvatiyalı müdafiəçi iyun-iyul aylarında Braziliyada keçiriləcək dünya çempionatında oynaya bilməyəcək.