Müsəlman Riberinin başına pivə tökdülər
15 may 2013 16:55 (UTC +04:00)

Müsəlman Riberinin başına pivə tökdülər

Almaniya “Bavariya”sının futbolçusu Frank Riberi çempionluğu qeyd etdikləri vaxt komanda yoldaşı Cerom Boatenqin etdiyi zarafatı özünə qarşı təhqir sayıb. Lent.az-ın məlumatına görə, mərasim vaxtı Boatenq fransalı yarımmüdafiəçini qovaraq, başına pivə töküb.

 

Bundan qəzəblənən Riberi Qana əsilli müdafiəçi ilə bir daha danışmayacağını söyləyib. O, komanda yoldaşlarına bir daha belə zarafatlar etməmələrinə dair xəbərdarlıq edib: “Boatenq mənim müsəlman olduğumu bilir. Amma mənə qarşı bu cür hərəkətə yol verdi”.

 

Qeyd edək ki, Frank Riberi “Bavariya”nın çempionluq münasibətilə çəkdirdiyi fotoda komanda yoldaşlarından fərqli olaraq, əlinə pivə şüşəsi almayıb. O, yalnız baş barmağını qaldıraraq, gülümsəməklə kifayətlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Oxşar yazılar