Hollandiyanın PSV (Eyndhoven) klubu komandanın beş fanatına oyunları stadiondan izləməyə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin azarkeşlərin Çempionlar Liqasının 1/8 finalında “Atletiko” ilə oyundan əvvəl Madriddə baş vermiş skandalın əsas səbəbkarları olmalardı.
Klub tərəfindən aparaılan araşdırmanın nəticəsi olaraq, beş azarkeşin cəzalanmasına qərar verilib. Onlara 5 ildən 10 ilə qədər stadionlara girişə icazə verilməyəcək.
Həmçinin, Madird prokurorluğu sözügedən ararkeşlər haqda insan ləyaqətinin alçaldıması maddəsi ilə cinayət işi açıb.
Xatırladaq ki, PSV azarkeşlərinin “Atletiko” ilə oyundan öncə kafedə əylənərkən dilənçi qadınlara açlaldıcı şəkildə qəpiklər atması sərt tənqidlərə məruz qalmışdı.