Müğənni Elnarə akva-zumba ilə məşğuldur
13 may 2014 17:52 (UTC +04:00)

Müğənni Elnarə akva-zumba ilə məşğuldur

Müğənni Elnarə Xəllilova idmana olan sevgisindən danışıb. Lent.az-ın sportnet.az-a istinadən verdiyi məlumata görə, müğənni hər gün səhər idmanla məşğul olduğunu deyib : “Səhərlər durub qaçıram, axşamlar bol-bol piyada gəzirəm, hələ arada fiziki məşğələ növləri olan pilates, akva-zumba və fitneslə də məşğul olmağa vaxt tapa bilirəm. İdmanla məşğul olmağımda niyyətim həm sağlamlıq, həm də təbii ki, ideal bədənə sahib olmaqdır. Çünki daim səhnədə, göz önündə və diqqət mərkəzindəyəm. Peşəkar səviyyədə heç bir idman növü ilə məşğul olmamışam, amma idmana olan həvəsimə əsasən, məni həvəskar idmançı adlandırmaq olar. Bu günlərdə şou-biznes nümayəndələri futbol oynadı, amma qatılmadım. Dəvət etmişdilər, işlərim çox idi deyə getmədim. Düşünürəm ki, bu cür aksiyalarda iştirak növbəsi artıq cavanlarındır. Mən bu cür tədbirlərdə hələ subay ikən çox iştirak etmişəm”.

 

E.Xəlilova sonra Azərbaycanın futbol üzrə milli komandasının necə inkişaf edə biləcəyindən danışıb: “ Futbolumuzun inkişafı üçün, məncə, ilk növbədə hər məktəbin özünün özəl stadionu olmalıdır. Təbii ki, ən yaxşı futbolçular elə gənc ikən məktəb stadionundan çıxmalıdırlar. O zaman həm rəqabət güclü, həm də bazar böyük olacaq. Futbolumuz yalnız bu cür - xüsusidən ümumiyə doğru böyüyərək inkişaf etməlidir. Azərbaycan futbolu dünya arenasına bu cür üzüağ çıxa bilər”.

 

Müğənni Azərbaycan və dünyada azarkeşlik etdiyi futbol klublarının adlarını açıqlayıb: “Klublarımız arasında favoritlərim "Xəzər Lənkəran” və "Qarabağ”dır. Dünyada isə "Mançester Yunayted”, "Bavariya”, "Çelsi”, "Barselona” və s. qeyd edə bilərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1895
avatar

Oxşar yazılar