Mourinyo yeni mövsümün kapitanını açıqladı
22 iyul 2018 11:06 (UTC +04:00)

Mourinyo yeni mövsümün kapitanını açıqladı

“Mançester Yunayted”in yeni mövsüm üçün kapitanı müəyyənləşib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu “qırmızı şeytanlar”ın baş məşqçisi Joze Mourinyo açıqlayıb.

 

Portuqaliyalı mütəxəssis bildirib ki, ötən mövsüm olduğu kimi, yenə komandanın əsas kapitanı Antonio Valensiya olacaq. Mourinyo vitse-kapitan məsələsində isə qərar verməkdə çətinlik çəkir.

 

 

O, bu yerə namizədlərin adlarını söyləyib: “Valensiya meydanda olmayanda sarğını kimin taxacağına qərar verməliyik. Kris Smollinq, Eşli Yanq, Ander Errera və Xuan Mata arasında seçim edə bilərik. Neymanya Matiç bu xüsusiyyətə malik oyunçudu. Lakin o, cəmi 1 ildi komandaya qoşulub”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 443
avatar

ApaSport TV

Oxşar yazılar