Madridin "Real" klubu baş məşqçisi Joze Mourinyo ilə yolları ayırıb. Qol.az-ın verdiyi məlumata görə, bu barədə klub prezidenti Florentino Peres bu axşam keçirdikləri mətbuat konfransında deyib: "Mourinyo mövsümün sonunda komandadan ayrılacaq. O qovulmayıb. Bu bizim birlikdə verdiyimiz qərardır".
Prezident hazırda hər hansı bir baş məşqçi ilə razılığa gəlmədiyini bildirib.
Qeyd edək ki, Mourinyo 2010-cu ildə "İnter"dən "Real"a transfer edilib. Madrid klubunu çalışdırdığı üç il ərzində portuqaliyalı mütəxəssis bir İspaniya çempionluğunu , ölkə kubokunu və super kubokunu qazanıb.