Mirko Mariç: “Qarabağ” 40 milyon büdcəyə malik çox güclü komandadı
“Futbolçularımı təbrik edirəm. Ancaq Avropa belədi ki, bircə zərbə ilə sizi cəzalandırmağa bəs edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rudar” – “Qarabağ” (0:1) oyunundan sonra ev sahiblərinin baş məşqçisi Mirko Mariç deyib.
Nəticə qazanmağa yaxın olduqlarını qeyd edən baş məşqçi artıq çox uzaqda olduqlarını bildirib:
“Nəticəyə çox yaxın idik, artıq çox uzağıq. Belə havada bu əla nəticədi. “Qarabağ” 40 milyon büdcəyə malik çox güclü komandadı. Ancaq düşünürəm ki, biz də pis oynamadıq. Və sonda bir daha deyirəm, Avropa miqyaslı yarışlarda bir səhv, bir zərbə hər şeyi həll edir. Bu matçlar böyük məktəbdir. Təəssüf ki, biz yolumuza davam edə bilmədik”. (sdm.me)
201