AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan – Xorvatiya oyunun hakimləri açıqlanıb.
APA-nın məlumatına görə, sentyabrın 9-da Bakıda baş tutacaq görüşü isveçrəli ədalət təmsilçiləri idarə edəcəklər.
Matçın baş hakimi Sandro Şarer olacaq. Ona Stefane De Almeyda və Sladan Yosipovic kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Fedayi San yerinə yetirəcək.
Hakim-inspekto Aleksandru Dyakonu (Rumıniya), UEFA nümayəndəsi Sergey İliç (Belarus) olacaq.
Qeyd edək ki, görüş “Bakcell Arena”da baş tutacaq.