Millimizin keçmiş üzvü rəsmən Rusiya klubunda
03 iyul 2017 20:23 (UTC +04:00)

Millimizin keçmiş üzvü rəsmən Rusiya klubunda

0

AZAL-dan ayrılan Samir Məsimovun karyerasını Rusiyada davam etdirəcəyi dəqiqləşib. Apasport.az-ın məlumatına görə, U-19 və U-21 millilərimizin keçmiş üzvü “Fakel”lə anlaşıb.

 

Bu barədə Voronej təmsilçisinin rəsmi saytı xəbər yayıb. Bildirilib ki, komanda iki oyunçu – Timur Mustafin və Samir Məsimovla müqavilə imzalayıb. Hər iki futbolçunun təlim-məşq toplanışı zamanı “Fakel”in heyətində olduqları və yoxlama görüşlərində çıxış etdikləri də vurğulanıb.

 

Qeyd edək ki, Moskva “Lokomotiv”inin yetirməsi olan yarımmüdafiəçi müxtəlif yaş qruplarındakı milli komandalarımızla yanaşı, “Neftçi”, “Domjale” (Sloveniya) və AZAL-ın da formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar