Millimizi FİFA reytinqində bu aqibət gözləyir...
Milli komandaların FİFA reytinqi ilə bağlı ehtimallar açıqlanıb.
APA-nın məlumatına görə, oktyabrın 24-də dərc olunacaq siyahıda bir sıra dəyişikliklər baş verəcək.
Buna səbəb hesabat dövründə baş tutan seçmə və yoldaşlıq oyunlarıdır. Azərbaycan yığmasının da mövqeyi dəyişəcək.
Yoxlama oyununda Bəhreynə 3:2 hesabı ilə qalib gələn, AVRO-2020-nin seçmə mərhələsində Macarıstana 0:1 hesabı ilə uduzan Nikola Yurçeviçin yetirmələri FİFA reytinqində geriləyəcək. Buna səbəb komandanın iki xal itirməsidir.
Ötən ay aktivində 1191 xal olan milli keçirdiyi 2 oyundan sonra 2 xal itirib. Bu isə 109-cu pillədəki komandanın iki addım geriləməsi ilə nəticələnəcək. Yığma ötən ay eyni xalla şərik olduğu Farer adaları və Tailandı önə buraxaraq 111-ci sırada qərarlaşacaq.
Qeyd edək ki, cədvələ yenə Belçika yığması başçılıq edəcək – 1755 xal.
977