Futzal üzrə dünya çempionatının pley-off mərhələsində oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması da mübarizəyə qoşulanlar arasında olub.
Millimiz Kolumbiyada baş tutacaq final mərhələsinə vəsiqə uğrunda son sınağına çıxıb. Rəqib isə Hollandiya yığması olub.
Almere şəhərinin “Topsportsentrum” idman qurğusunda keçiriləcək görüş komandaların ilk dueli idi. Matça fəal başlayan komandamız 5-ci dəqiqədə hesabı açıb. Meydan sahibləri 5 dəqiqə sonra hesabı bərabərləşdirməyə müvəffəq olsalar da, bu, onların matçdakı ilk və son sevinci olub.
Təzyiqi artıran Tino Peresin yetirmələri daha bir dəfə fərqlənərək, ilk hissəni öndə bitiriblər. İkinci hissə isə millimizin benefesi ilə yadda qalıb. 3 cavabsız qol vuran yığmamız yekunda səfərdə 5:1 hesablı qələbə qazanaraq, dünya çempionatında gedən yolda inamlı addım atıb.
Qeyd edək ki, Azərbaycan və Hollandiya yığmaları arasındakı cavab oyunu aprelin 12-də baş tutacaq.
22 mart
DÇ-2016-nın pley-off mərhələsi
İlk oyun
Hollandiya - Azərbaycan - 1:5
Qollar: El Qanuti, 10 - Amadeu, 5, 29, Fineo, 13, Avqusto, 28, Vitali, 31
Hakimlər: Andrey Çernı (Çexiya), Sedrik Pelissier (Fransa), Sven Ayxler (Almaniya)
Almere. “Topsportsentrum” idman qurğusu