Millimizdən imtina edən futbolçu peşman oldu
14 mart 2017 00:12 (UTC +04:00)

Millimizdən imtina edən futbolçu peşman oldu

Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sercan Kaya milli komandamızda oynamaq istədiyini deyib. Apasport.az saytının məlumatına görə, yerli “Four four two” nəşrinə müsahibə verən oyunçu Azərbaycan yığmasından təklif aldığını və bunu qəbul edəcəyini açıqlayıb.

 

“Azərbaycan milli komandasından təklif aldım. Anamın atası azəri əsillidi. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Mən də qəbul etməyi düşünürəm. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Keçmişdə Türkiyə millisinin müxtəlif yaş qruplarında oynadım, əlimdən gələni də etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm” – deyə Kaya bildirib.

 

Qeyd edək ki, 2013-cü ildə “Rizəspor”da çıxış edərkən də millimizdən dəvət aldığını açıqlamış futbolçu o vaxt təklifi qəbul etməmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 359
avatar

Oxşar yazılar