Azərbaycan millisi sentyabrın 7-də " DÇ-2014"-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda İsrail yığmasının qonağı olub.
Bu qarşılaşma Avropa zonasının F qrupunda mübarizə aparan millimizin qrupda 8-ci matçı idi. 7 oyunda qələbə qazana bilməyən komandamız həsrətə yenə səfərdə son qoya bilərdi. Rahid Əmirquliyevin uzaq məsafədən vurduğu qoldan sonra hesabı açan millimiz yenə hesabdakı üstünlüyünü sonacan qoruya bilməyib.
Bununla da millimiz 4-cü heç-heçəsini edərək, xalını 4-ə yüksəldib. Komandamız növbəti oyununu Rusiyaya qarşı keçirəcək.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
7 sentyabr
İSRAİL - AZƏRBAYCAN - 1:1
QOLLAR: Etey Şexter, 73 - Rahid Əmirquliyev, 61
Baş hakim: Stefan Yohannesson (İsveç).
Ramat Qan. Şəhər stadionu.
İsrail: 1. Dudu Avat, 13. Şeran Yeini, 21. Eytan Tibi, 3. Tal Ben-Haim, 15. Ofir Davidzadə, 4. Qal Alberman, 6. Bibras Natxo, 7. Eran Zahavi, 8. Hen Ezra, 5. Maor Melikson, 11. Etey Şexter
Ehtiyat oyunçular: 18. Ariel Haruş, 23. Ofir Marsiano, 16. Oz Rali, 12. Dekel Keynan, 17. Şir Tzedek, 2. Yuval Şpingin, 14. Nir Bitton, 9. Lior Refaelov, 20. Mahran Radi, 10. Elyaniv Barda, 22. Omer Damari, 19. Şimon Abihazira
Baş məşqçi: Eli Qutman
Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov. 5. Elnur Allahverdiyev, 7. Araz Abdullayev (Qara Qarayev, 46), 9. Cihan Özkara, 10. Rüfət Dadaşov. 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov (Cavid Hüseynov, 78), 19. Rahid Əmirquliyev
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Emil Balayev, 2. Bədavi Hüseynov, 6. Rəşad Sadiqov, 8. Qara Qarayev, 13. Ruslan Qurbanov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov. 18. Maksim Medvedev, 20. Ufuk Budak, 21. Vladimir Levin, 22. Elhad Nəziri
Baş məşqçi: Berti Foqts