16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Lixtenşteyn millisi ilə qarşılaşıb.
Matç komandamızın darmadağını ilə yekunlaşıb. Futbolçularımız “Cırtdan ölkə” təmsilçisinin qapısından 8 top keçiriblər. Bu qolların 7-si ilk 40 dəqiqədə vurulub.
Millimizin heyətində Xaqani Sadıqov poker etdiyi halda, Bəşir Ayralov, Fərid Məmmədov, Kamran Quliyev və Elvin Cəfərquliyev hərəyə bir dəfə fərqləniblər.
24 mart
Azərbaycan – Lixtenşteyn - 8:0
Qollar: Xaqani Sadıqov, 7; 10; 19; 40; Bəşir Ayralov, 9; Fərid Məmmədov 26; Kamran Quliyev, 34; Elvin Cəfərquliyev, 80
Qeyd edək ki, komandamız növbəti oyunu martın 26-da keçirəcək. Rəqib ev sahibləri olacaq.