FİFA yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sonuncu dəfə oktyabrın 20-də açıqlanan siyahıda son 35 gündə baş tutan qarşılaşmaların nəticələri əksini tapıb. Keçirilən matçlar siyahıda bir sıra dəyişiklərə səbəb olub. Bu, Azərbaycan millisindən də yan ötməyib.
Belə ki, DÇ-2018-in seçmə mərhələsinin IV turunda Şimali İrlandiya ilə görüşən yığmamız səfər məğlubiyyətinin acısını yaşayıb.
Noyabrın 11-də Belfastda 0:4 hesabı ilə uduzan Robert Prosineçkinin yetirmələri həm xal, həm də mövqe baxımından geri düşüb.
Son reytinq siyahısında 404 xalı olan millimiz 18 xal itirdikdən sonra bu rəqəm 386-ya enib. Komandamız 88-ci pilləni də əldən verərək, 2 addımlıq eniş edib. Prosineçkinin yetirmələri artıq dünyanın 90-cısıdı. Nəticədə komandamızı iki yığma – Qətər və Ermənistan millimizi arxada qoyub.
Millimiz və “qonşular”ı
84 (74). Farer adaları - 422
84 (81). Norveç - 422
86 (76). Liviya – 417
87 (125). Ermənistan – 412
88 (91). Qətər - 409
89 (85). Keniya - 397
90 (88). Azərbaycan - 386
91 (93). Toqo – 374
91 (94). Zambiya – 374
93 (101). Finlandiya – 368
94 (96). Suriya – 363
95 (80). Boliviya - 359
Dünyanın ən güclü 10 komandasının mövqeyində də müəyyən dəyişikliklər qeydə alınıb. Argentina zirvədə qalsa da, Almaniya 2-ci sıranı əldən verib. Nəticədə Braziliya 2-ci yerə yüksəlib. Bundan başqa, Çili 2 addım irəliləyibsə, Belçika və Kolumbiya 1 addım geriləyib.
İlk “onluq”
1 (1). Argentina – 1634
2 (3). Braziliya – 1544
3 (2). Almaniya – 1433
4 (6). Çili – 1404
5 (4). Belçika – 1368
6 (5). Kolumbiya – 1345
7 (7). Fransa – 1305
8 (8). Portuqaliya – 1229
9 (9). Uruqvay – 1187
10 (10). İspaniya – 1166
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya ilə San-Marino 1, Çexiya və Şimali İrlandiya 3 pillə geriləyib. Yığmamıza 4 qol vuran Şimali İrlandiya 4 pillə irəliləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (2). Almaniya – 1433
32 (36). Şimali İrlandiya - 767
43 (40). Çexiya - 671
84 (81). Norveç - 422
202 (201). San-Marino – 17
Qeyd edək ki, qonşu Türkiyə yığması 24-cü yerə yüksəlib. 1 pillə irəliləyən “ay-ulduzlular” 851 xala malikdi.