FİFA bu gün rəsmi saytı vasitəsilə milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının dünən xəbər verdiyi kimi, aprel ayında oyun keçirməyən yığmamız 276 xalla 120-ci pillədə qalıb.
Bu gün FİFA çərçivəsində cəmi 7 oyun keçirildiyindən digər komandaların da əksəriyyəti yerində sayıb. Belə ki, DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya (1163) 5-ci, Rusiya (1052) 11-ci, Şimali İrlandiya (285) 119-cu pillədə qalıb. Yalnız İsrail (536) və Lüksemburq (182) hərəyə 1 pillə geriləyib. Onlar müvafiq olaraq 59-cu və 148-ci pillələrdədir.
Elə “Top-10”da dəyişiklik yoxdur. Yenə İspaniya (1538), Almaniya (1428) və Argentina (1296) ardıcıllıqla ilk 3 pillədə gedir. Budəfəki cədvəldə ən böyük irəliləyiş Qrenadaya məxsusdur – 20 pillə. Ən böyük düşüş isə Sent-Vinsent və Qrenadinaya aiddir – 10 pillə.

Millimiz 120-ci pillədə qaldı
Oxşar yazılar

Boksçu döyüşdə uduzduqdan bir neçə saat sonra öldü
9 iyul 2025 , 14:15
"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
9 iyul 2025 , 10:58
Hələ avqust ayı deyil, klublar artıq yüz milyonlar xərcləyirlər: Transfer bazarına kim rəhbərlik edir?
9 iyul 2025 , 09:39
Çelsi finala çıxdı
9 iyul 2025 , 05:16
“Qalatasaray”da ayrılıq
8 iyul 2025 , 23:32
Di Mariya 18 ildən sonra “Rosario Sentral”a qayıtdı
8 iyul 2025 , 17:06
Meksikalı 16 yaşlı istedad Pele və Yamalın rekordunu qırdı
8 iyul 2025 , 15:23