Suriya futbolunun yetişdirdiyi ən önəmli oyunçulardan biri, uzun müddət milli komandanın kapitanı olan Cihad Qassab öldürülüb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, onun həbsxanada işkəncə ilə öldürüldüyü iddia olunur.
2012-ci ildə “Əl-Karama” klubunda çıxış edərkən bomba ilə dolu maşında saxlanılan və həbs olunan müdafiəçidən o vaxtdan xəbər alınmırdı.
Hadisənin xəbərləri yayıldıqdan sonra Qassabın keçmiş komanda yoldaşlarından Əbu Vissam qısa açıqlama verib: “O, Suriyanın super ulduzu idi. Gəlmiş-keçmiş ən yaxşı müdafiəçi olub. Mənə qardaşımdan daha yaxın idi”.