Milli komandamızın keçmiş məşqçisi öldü
16 iyun 2014 10:48 (UTC +04:00)

Milli komandamızın keçmiş məşqçisi öldü

Azərbaycan futboluna ağır itki üz verib. Apasport.az-ın məlumatına görə, qadınlardan ibarət milli komandamızın sabiq baş məşqçisi Şamil Heydərov 77 yaşında dünyasını dəyişib.

 

1937-ci ildə anadan olan mütəxəssis bir müddət idi müalicə olunurdu. O, ürək ağrılarından əziyyət çəkirdi.

 

Ş.Heydərov müxtəlif vaxtlarda Mingəçevirin “Avtomobilçi” komandasının baş məşqçisi olub. Daha sonra “Neftçi”də Ruslan Abdullayevin, Əhməd Ələsgərovun köməkçisi olub.

 

Mütəxəssis bir müddət qadınlardan ibarət Azərbaycan yığmasının, eləcə də U-19 və U-17 komandalarının, eləcə də “Ruslan-93” klubunun baş məşqçisi olub.

 

Allah rəhmət eləsin!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017

Oxşar yazılar