Milli komandada 7 günə 3 baş məşqçi dəyişdi
13 sentyabr 2013 12:33 (UTC +04:00)

Milli komandada 7 günə 3 baş məşqçi dəyişdi

Futbol üzrə Meksika milli komandası son bir həftə ərzində 3 dəfə baş məşqçi dəyişib. Lent.az-ın məlumatına görə, hər şey sentyabrın 7-də 2014-cü il dünya çempionatının seçmə matçında Hondurasa 1:2 hesablı məğlubiyyətdən sonra başlayıb.

 

Bununla da Manuel de la Torre istefaya göndərilib. Onu Luis Fernando Tena əvəzləyib. Lakin Tena Meksikanın növbəti seçmə oyunda ABŞ-a 0:2 hesablı məğlubiyyətindən sonra qovulub. Yeni baş məşqçi isə Viktor Vuçetiçdir.

 

Qeyd edək ki, Meksika yığması dünya çempionatına vəsiqə uğrunda mübarizə aparır. Bu komanda hazırda öz qrupunda 8 xalla 5-ci pillədədir və 3-cü yerdə gedən Hondurasdan 3 xal geridə qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar