Türkiyədə yaşanan mədən faciəsinə dünyanın aparıcı futbolçular da biganə qalmayıb. Apasport.az saytının məlumatına görə, hazırda dünyanın ən yaxşı futbolçuları olan Lionel Messi və Kriştiano Ronaldo da sosial şəbəkədə başsağlığı mesajı yayıblar.
Lionel Messi Türkiyəyə ingilis və türk dillərində başsağlığı ünvanlayıb: “Manisada baş verən mədən qəzası səbəbilə başda həlak olan mədənçilərin ailələri olmaqla, bütün Türkiyəyə başsağlığı verirəm. Ümid edirəm ki, yerin altında qalan mədənçilər sağ-salamat çıxarılacaqlar. Qəlbim qəzada zərər çəkən hər bir şəxsin yanındadır…2
Kriştiano Ronaldo da Soma faciəsi ilə bağlı üzüntüsünü dilə gətirib: “Qəlbim Soma faciəsində yaxınlarını itirən ailələrin yanındadır… Hələ də yerin altında qalan işçilərin sağ çıxması üçün dua edirəm…”