Messi 5-ci dəfə ən yaxşı oldu
02 noyabr 2017 22:18 (UTC +04:00)

Messi 5-ci dəfə ən yaxşı oldu

Lionel Messi “Barselona”da ötən mövsümün ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə katalon klubu açıqlama yayıb.

 

Bildirilib ki, bu mükafat klubun müxtəlif şöbələrinin rəhbərlərindən ibarət şura tərəfindən seçilən oyunçuya təqdim olunur və Aldo Rovirin adını daşıyır.

 

Leo karyerasında 5-ci dəfə mövsümün ən yaxşısı adına layiq görülüb. O, həmçinin 2009/10, 2010/11, 2012/13, 2014/15 mövsümlərində də bütün komanda yoldaşlarını qabaqlayıb.

 

Sözügedən mükafatı hərəsi bir dəfə olmaqla Erik Abidal (2011/12), Xavier Maskerano (2013/14) və Luis Suarez (2015/16) də qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar