Məşhur yazıçı dünya çempionatını “fəlakət” adlandırdı
13 iyun 2014 12:07 (UTC +04:00)

Məşhur yazıçı dünya çempionatını “fəlakət” adlandırdı

Braziliyalı məşhur yazıçı Paulo Koelyo ölkəsində keçiriləcək futbol üzrə dünya çempionatını izləməyəcək. Lent.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi xəbərə görə, P.Koelyo turnirin sosial partlayışa səbəb olacağını düşünür: “Bu, əsl fəlakətdir... Məncə, sosial partlayış olacaq. Yenə də zorakılıq baş qaldırıb. İnsanlarla hökumət arasında dərin uçurum var”.

 

P.Koelyo 2007-ci ildə Braziliyanın namizədliyini dəstəkləyirdi. Hətta Braziliyanın FİFA-nın Sürix toplantısına göndərdiyi nümayəndə heyətinin üzvü olub.
 
P.Koelyo o zaman çempionatın Braziliyanı dəyişəcəyini bildirmişdi.

 
Ötən il rejissor Carla Daudenin yaydığı videoçarxda dünya çempionatını boykota çağırışı da Koeyho öz “tvit”ində axmaqlıq adlandırmışdı.
 
İndi isə P.Koelyo Almaniya, Fransa kimi ölkələrin dünya çempionatına ev sahibliyi etməkdən bəhrələndiyini, ancaq Braziliyada bunun baş vermədiyini açıqlayıb.

 

Etiraz edənləri dəstəkləyən P.Koeluo xəyal qırıqlığı yaşadığını söyləyib: “Stadionlara xərclənən pullar xəstəxana, məktəb, nəqliyyat sahəsinə sərf oluna bilərdi”.

 

Braziliyada çempionata qarşı kütləvi etirazlar davam edir, etiraz edən insanlar kasıblığın azaldılmasına xərclənə biləcək pulların idman tədbiri üçün sərf edilməsinə qarşı çıxır.

# 704
avatar

Oxşar yazılar

“Trabzonspor” yarımfinalda

“Trabzonspor” yarımfinalda

28 fevral 2024 , 23:00
“Qarabağ”dan səfər qələbəsi

“Qarabağ”dan səfər qələbəsi

28 fevral 2024 , 20:59
Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18
“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

28 fevral 2024 , 16:57
19 yaşlı futbolçunun  evində meyiti   tapıldı

19 yaşlı futbolçunun evində meyiti tapıldı

28 fevral 2024 , 14:06
Lunev “Qarabağ”a  transferindən   DANIŞDI: “Şükür Allaha...”

Lunev “Qarabağ”a transferindən DANIŞDI: “Şükür Allaha...”

28 fevral 2024 , 11:42
"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

28 fevral 2024 , 09:27