Xəbər verdiyimiz kimi, məşhur rusiyalı mütəxəssis Yuri Syomin Bakıya gəlib. Lent.az-ın məlumatına görə, o, “Qəbələ” futbol klubunun rəsmiləri ilə birgə “Bakı”- “Qəbələ” komandalarının oyununu izləyib.
Syomin Lent.az-a açıqlamasında deyib ki, Azərbaycana dostlarını görmək üçün gəlib. “Bu gün izlədiyim oyun əla idi. Meydança da çox xoşuma gəldi”-deyə, rusiyalı mütəxəssis əlavə edib.
Qeyd edək ki, Y. Syominin “Qəbələ” futbol komandasının baş məşqçisi poçtuna keçəcəyi ehtimal olunur.