Məşhur futbolçunun toyu oldu
17 iyun 2015 02:34 (UTC +04:00)

Məşhur futbolçunun toyu oldu

0

"Qalatasaray" futbol klubunun kapitanı Selçuk İnan Cemre Kardeş ilə evlənib.

 

Lent.az-ın “axşam.az”-a istinadən məlumatına görə, "Çırağan Sarayı"nda baş tutan mərasimdə sənət və idman aləmindən çoxlu qonaq iştirak edib.

 

Toyda Arda Turan, Emre Belözoğlu, Caner Erkin kimi futbolçulardan başqa milli komandanın baş məşqçısı Fatih Terim, "Qalatasaray" klubunun prezidenti Dursun Özbek, baş məşqçisi Hamza Hamzaoğlu da olub.

 

D.Özbek iyun ayında qazandıqları çempionluq və dörd ulduzun ardından bu toyu da uğurun davamı adlandırıb.

 

Toyda sənət adamlarından aktrisa Demet Akbağ və müğənni Ziynet Salı qonaqlar arasında olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar