İtaliya futbolunun son illərdə yetişdirdiyi ən yaxşı hücumçulardan biri olan "Udineze"nin canlı əfsanəsi Antonio Di Natale karyerasını bitirib. Lent.az-ın məlumatına görə, İtaliya A seriyasının son turunda "Udineze" - "Sampdoriya" matçında azarkeşlərin qarşısına çıxan futbolçu het-trik edib. Oyun 3:3 hesabı il başa çatıb.
3 qol vuran Di Natale final fitindən sonra azarkeşlərin yanına gedərək onlarla vidaşlaşıb.
Qeyd edək ki, Di Natale 2004-cü ildən bəri Udine şəhərinin komandasının şərəfini qoruyurdu.