“Covanni Kapraranı “Azərreyl” voleybol komandasının baş məşqçi postuna Faiq Qarayev gətirib”. Bunu Lent.az-a açıqlamasında tanınmış voleybol meneceri Tunc Afşar deyib.
O bildirib ki, məşhur italiyalı mütəxəssisin təyinatında özünün rolu olmayıb. Afşar hazırda İtaliyada olduğunu desə də, səfərinin şəxsi xarakter daşıdığını bildirib. Menecer ehtiyac olarsa, italiyalı voleybolçuların Azərbaycan komandasına keçidinə yardımçı olmağa hazırdır.
Qeyd edək ki, Covanni Kaprara əvvəllər İtaliyanın “Berqamo” komandasına Çempionlar Liqasını, 2006-cı ildə isə Rusiya yığmasına dünya çempionluğu qazandırıb. Faiq Qarayev isə Azərbaycan millisinin baş məşqçisi və Azərbaycan Voleybol Federasiyasının vitse-prezidentidir.