Məmmədyarov ilk qələbəsini qazandı
06 iyul 2013 23:18 (UTC +04:00)

Məmmədyarov ilk qələbəsini qazandı

Iyulun 6-da şahmat üzrə Qran-Prinin V mərhələsində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Çinin paytaxtı Pekində keçirilən yarışda qüvvəsini sınayan 12 qrossmeyster növbəti matçlarına çıxıb.

Turnirdə mübarizə aparan, ardıcıl 2-ci dəfə heç-heçəyə razılaşan və aktivində 1 xal olan yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ilk qələbəsini qazanıb. Belə ki, həmyerlimiz Ukraynadan olan şahmatçı Vasili İvançuka qalib gəlib.

Digər görüşlərdə isə Aleksandr Morozeviç Sergey Karyakinə, Boris Gelfand Aniş Giriyə uduzub. Peter Leko ilə Van Yue, Qata Kamski ilə Veselin Topalov və Van Hao ilə Aleksandr Qrişuk heç-heçə edib.

II tur
6 iyul

Aleksandr Morozeviç (Rusiya, 2736) - Sergey Karyakin (Rusiya, 2776) - 0:1
Boris Gelfand (İsrail, 2773) - Aniş Giri (Hollandiya, 2734) - 0:1
Peter Leko (Macarıstan, 2737) - Van Yue (Çin, 2705) - 0,5:0,5 
Qata Kamski (ABŞ, 2763) - Veselin Topalov (Bolqarıstan, 2767) - 0,5:0,5 
Vasili İvançuk (Ukrayna, 2733) - Şəhriyar Məmmədyarov (Azərbaycan, 2761) - 0:1
Van Hao (Çin, 2752) - Aleksandr Qrişuk (Rusiya, 2780) 
- 0,5:0,5

Turnir cədvəli: Karyakin – 3, Məmmədyarov, Topalov, Qrişuk – 2, Leko, Giri, Van Yue – 1,5, Kamski, Morozeviç, İvançuk, Van Hao – 1, Gelfand – 0,5

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar