<span style="color:red;">Bakı-2015 : Mehriban Əliyeva 2 medal qazanan gimnastımızı mükafatlandırdı
18 iyun 2015 22:10 (UTC +04:00)

Bakı-2015: Mehriban Əliyeva 2 medal qazanan gimnastımızı mükafatlandırdı

0

Azərbaycanın birinci xanımı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Oyunlarında idman gimnastikası üzrə kişilər arasında fərdi çoxnövçülükdə qalib gələn gimnastların mükafatlandırma mərasimində iştirak edib.

 

Lent.az-ın “trend”-ə istinadən məlumatına görə, Azərbaycanı bu yarışda təmsil edən Oleq Stepko gümüş medal qazanıb.

 

Qeyd edək ki, birinci yeri Ukrayna idmançısı Oleq Vernyayev tutub. Üçüncü yerdə isə Rusiya idmançısı Nikita İqnatyev qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar