Maradona FİFA prezidentliyinə namizəd olacaq
22 iyun 2015 12:52 (UTC +04:00)

Maradona FİFA prezidentliyinə namizəd olacaq

0

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona FİFA prezidentliyinə namizədliyini irəli sürəcək. Apasport.az saytının məlumatına görə, Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi bu postdan istefa verən Yozef Blatterin 1998-ci ildən tutduğu vəzifəyə sahib çıxmaq qərarına gəlib.

 

17 il FİFA-ya rəhbərlik edən isveçrəli futbol funksioneri mayın onunda 5-ci dəfə prezident seçilib. Lakin Blatter qurum ətrafında cərəyan edən rüşvət qalmaqalı üzündən iyunun 2-də istefa verib.

 

Yeni prezident bu ilin dekabrından 2016-cı ilin fevralınadək olan müddətdə baş tutacaq növbədənkənar konqresdə gerçəkləşəcək. Seçkilərin dəqiq tarixi isə iyulun 20-də açıqlanacaq.

 

Maradonaya qədər FİFA prezidenti postuna 5 namizəd bu vəzifəyə iddiasını açıqlayıb. Bunlar Fransa millisinin sabiq futbolçusu David Jinola, əfsanəvi braziliyalı Ziko, Cənubi Koreya Futbol Assosiasiyasının sabiq prezidenti Çon Moncun, İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn və Liberiya Futbol Assosiasiyasının prezidenti Musa Bilitidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 307

Oxşar yazılar