Dünya çempionatının D qrupu çərçivəsində keçirilən Nigeriya – Argentina matçının son dəqiqələrində Dieqo Armando Maradonanın etdiyi qeyri-etik jest cavabsız qalmayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, nigeriyalı hücumçu Emmanuel Emenike Argentinanın ikinci qolundan sonra orta barmağını göstərən futbol əfsanəsini təhqir edib.
2015-ci ildə milli karyerasını bitirən “Olimpiakos”un forvardı Maradonanın gənc nəslə pis örnək olduğunu söyləyib: “Həyatım boyu gördüyüm ən böyük axmaq. Maradona, sənin yeni nəslə mesajın nədi? FİFA bunu görməlidi. Qoca axmaq! Ümid edirəm ki, Nigeriyada bir yerdə qarşıma çıxarsan”.
Qeyd edək ki, son dəqiqələrdə buraxılan qolla Argentinaya məğlub olan (1:2) Nigeriya dünya çempionatı ilə vidalaşıb.