Maradona: “Mourinyo Kasilyas haqda düz deyirmiş”
15 iyun 2014 04:39 (UTC +04:00)

Maradona: “Mourinyo Kasilyas haqda düz deyirmiş”

Argentinanın əfsanvi futbolçusu Dieqo Maradona İspaniya ilə Hollandiya arasında keçirilən oyunun şəhr edərkən ispanların qapıçısı İker Kasilyasın oyununa da toxunub.

 

Lent.az-ın “gazeta.ru”-ya istinadən məlumatına görə, o, deyib : “Hollandlar möhtəşəm oyun göstərdilər. Onlar beş qol vurdu, ancaq daha çox vura bilərdi. Kasilyasa gəldikdə isə mən dostum Joze Mourinyonun onun haqda fikri ilə razıyam. Hələ “Real”-ın baş məşqçisi olanda demişdi ki, o, artıq yaxşı qapıçı deyil. O zaman bu fikri ona çox baha başa gəldi. Amma indi onun düz dediyi təsdiqləndi”.

 

Xatırladaq ki, Hollandiya komandası İspaniyanı 5:1 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1612
avatar

Oxşar yazılar