Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə beynəlxalq turnir təşkil olunacaq. Lent.az-ın məlumatına görə, aprelin 19-da start götürəcək yarış Şəmkirdə baş tutacaq.
Dairəvi sistem üzrə keçiriləcək turnirdə şahmatçılar 2 qrupa bölünəcəklər. A qrupu superturnir xarakteri daşıyacaq və iştirakçıları yüksək reytinqlilərdən ibarət olacaq. Ölkəmizi təmsil edəcək Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdan əlavə, dünya çempionu Maqnus Karlsen (Norveç), Fabiano Karuana (İtaliya ), Hikaru Nakamura (ABŞ) Sergey Karyakin ( Rusiya) də yarışa qatılacaq. Turnirin mükafat fondu 100 min avro olacaq.
30 min avro mükafat fonduna malik B turnirində isə 10 şahmatçı yer alacaq. Onlardan 5-i azərbaycanlı, qalanları qonaqlar olacaq.
Qeyd edək ki, Vüqar Həşimov Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra yanvarın 11-ə keçən gecə vəfat edib.