Mançini getdi, “Qalatasaray”ın baş məşqçisi kim olacaq?
11 iyun 2014 23:41 (UTC +04:00)

Mançini getdi, “Qalatasaray”ın baş məşqçisi kim olacaq?

Ötən gün "Qalatasaray"ın rəhbərliyi ilə italiyalı mütəxəssis arasında görüşün nəticələri iyunun 11-də açıqlanıb.

 

İndii klub yeni baş məşqçi axtarışına başlayıb. Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə,  yeni baş məşqçi vəzifəsinə namizədlərin “siyahısı” müəyyənləşib.

 

Məlumata əsasən, əsas namizəd “Şaxtyor”un baş məşqçisi Mirça Luçeskudur.

Klubun prezidenti Ünal Aysal da rumıniyalı mütəxəssisin “Qalatasaray”da işləməsini  istədiyini söyləyib. Bununla belə o, deyib ki,  M.Luçesku Donetskin “Şaxtyor” klubu ilə müqaviləsi bitməyib və bu, problem ola bilər.

 

Sıradakı ikinci namizəd isə “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlidir.

 

“Qalatasaray” prezidentinin müavini Özkan Olcay da türkiyəli mütəxəssisin namizədlər arasında olduğunu təsdiqləyib.

 

Başqa namizədlər arasında isə Erik Gerets və Martin Yolun da olduğu iddia edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar