Mançini “Qalatasaray”dan getmədi…
11 iyun 2014 00:35 (UTC +04:00)

Mançini “Qalatasaray”dan getmədi…

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançininin komandada qalması ilə bağlı məsələyə aydınlıq gətirilib.

 

Apasport.az saytının məlumatına görə, klubun başqanı Ünal Aysalla görüşən italiyalı mütəxəssis “qalıram” cavabını verib.

 

Ünal Aysalla Mançini arasında “Les Ottomans Hotel”də keçirilən görüş 3 saat davam edib. Mançini mehmanxanadan çıxanda mətbuat nümayəndələrinə açıqlama verməyib. Ancaq klub prezidentinə yaxın mənbələr görüşdə razılaşma əldə olunduğunu bildirib.

 

Ünal Aysal da görüşdən sonra açıqlama verməyərək, kluba gedib.

 

Görüşün nəticələri ilə bağlı “Qalatasaray” rəhbərliyinin ən yaxın müddətdə rəsmi açıqlama verəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829

Oxşar yazılar