“Real Madrid” və İspaniya millisinin qapıçısı İker Kasilyas Madrid klubunu 2014/2015-ci illər mövsümündən sonra tərk edə biləcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı qapıçı Çempionlar Liqasının finalından sonra klub prezidenti Florentino Pereslə görüşübmüş.
Peres Kasilyası daha bir il komandada qalmağa inandıra bilib. “Real”ın veteranı 2015-ci ilin iyununda azad agent qismində komandanı tərk etmək hüququ qazanacaq. Qeyd edək ki, Kasilyasın “Real”la müqaviləsi 2017-ci ildə başa çatır.
Beləliklə, Kasilyas 2015-ci ildə oynamaq istədiyi klubla müqavilə şərtlərini “Real”ın müdaxiləsi olmadan müzakirə edə biləcək. Bunun onun karyerasında sonuncu müqavilə olacağı da istisna edilmir.