Rusiyalı şahmatçı Vladimir Kramnik Novreçin Tromse şəhərində keçirilən «Dünya kuboku-2013»-ün qalibi olub.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, final çərçivəsində oynadığı 4-cü oyunda həmvətəni Dmitri Andreykinilə heç-heçə edib. Yekun partiya 34-cü gedişdə başa çatıb. Kramnik sonucu partiyada qara fiqrularla oynayıb.4 oyundan 3-ü heç-heçə olub. Birində isə Kramnik qələbə qazanıb. O, öz şahmatçı karyerasında ilk dəfədir «Dünya Kuboku»-nu qazanıb.