Kosta-Rika yığmasının sabiq futbolçusu ürək dayanmasından öldü
20 noyabr 2016 20:34 (UTC +04:00)

Kosta-Rika yığmasının sabiq futbolçusu ürək dayanmasından öldü

0

Kosta-Rika yığmasının sabiq futbolçusu Qabriel Badilya 32 yaşında ürək dayanmasından ölüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə idmançının iştirak etdiyi yüngül atletika yarışlarında baş verib

 

10 km məsafəyə qaçışda iştirak edən Q.Badilyanın halı finişə 200 m qalmış qəflətən pisləşib. Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyib. 2001-ci ildən Kosta-Rika yığma komandasında oynayan, bu il karyerasını başa vuran Q.Badilyanın ölümünə səbəb  qəfil ürəyinin fəaliyyətinin dayanması olub. Qabriel Badilyanın son klubu Kosta-Rikanın “Saprissa” klubu  olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 397

Oxşar yazılar