Koreyalı idmançı Qəbələdə qızıl medal qazanıb
13 avqust 2015 17:12 (UTC +04:00)

Koreyalı idmançı Qəbələdə qızıl medal qazanıb

0
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

 

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 13-də kişi atıcılar arasında daha bir yarış keçirilib.

 

İdmançılar 10 metr məsafəyə tapançadan atəş açma yarışlarında bacarığını nümayiş etdiriblər. Yarışların final mərhələsində Koreya, Slovakiya, Qazaxıstan, Rusiya, İspaniya, ABŞ və Çindən 8 idmançı mübarizə aparıb.

 

Koreya idmançısı Conqyonq Kim 199 xal toplayaraq yarışın qızıl medalını qazanıb və Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Vladimir İsaknenko (Qazaxıstan) 197.4 xalla ikinci, Juraj Tuzinski (Slovakiya) isə 178.9 xalla üçüncü yeri tutub.

 

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Qeyd edək ki, hazırda Çin idmançıları 9 medalla Dünya Kuboku yarışlarında birinci yerdədir. Onlardan beşi qızıl, üçü gümüş, biri bürünc medaldır. Altı gündür ki, keçirilən yarışlarda indiyədək atıcılığın 11 növü üzrə 22 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar