Konfederasiyalar Kubokuna 600 min bilet satılıb 
08 may 2013 01:04 (UTC +04:00)

Konfederasiyalar Kubokuna 600 min bilet satılıb 

0

Bu yay Braziliyada təşkil ediləcək Konfederasiyalar Kubokunun biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, satışa çıxarılan 826 min biletdən təxminən 600 minini azarkeşlər alıb. 

Biletlərini satışı isə mayın 15-də başa çatacaq. 

Qeyd edək ki, 15-30 iyun arasında keçiriləcək turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. A qrupunda Braziliya, Yaponiya, Meksika və İtaliya üz-üzə gələcək. B qrupunda isə İspaniya, Uruqvay, Nigeriya və Taiti komandaları qarşılaşacaq.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar