Klublar Komitəsinin iclası oldu
Bu gün AFFA-nın inzibati binasında Klublar Komitəsinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a AFFA-dan bildirilib.
Verilən məlumata görə, iclasda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının Mətbuat və İctimiaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev, PFL-in Texniki İdman şöbəsinin rəisi Nihad Məmmədov, Topaz Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Səbail” və “Sabah” klublarının nümayəndələri iştirak ediblər.
Toplantıda ölkə futbolu ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
1124