Keçmiş futbolçunun oğlu sağalmaz xəstəliyə tutulub
“Liveröul”un və İngiltərə millisinin keçmiş hücumçusu Maykl Ouen oğlunun futbolçu kimi gələcək karyerasının üstündən xətt çəkən xəstəliyindən danışıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ouen bununla bağlı deyib: “Mənim oğlum demək olar ki, kordur. Ona Ştarqardt xəstəliyi diqanozu qoyulub”.
O, etiraf edib ki, uzun müddət bu xəbərin ictimailəşməsini istəməyib. Ouen onu da qeyd edib ki, bu səbəbdən oğlu futbolçu kimi atasının yolunu gedə bilmir: “O, 5 metrdən uzaqlıqdakı topu görmür”.
Ştarqardt xəstəliyinin müalicəsi yoxdur və irsidir.
Ouen “Liverpul”, “Real”, “Mançester Yunayted” və “Nyukasl”dakı çıxışı ilə tanınıb. 2010/2011-ci il mövsümündə “qırmızı şeytanlar”ın heyətində İngiltərə çempionu olub. O, klub karyerası zamanı 362 oyun keçirib və 163 qol vurub. İngiltərə millisinin heyətində isə 89 oyunda 40 dəfə fərqlənib.
990