Kaka: “Mənə ən böyük mükafat Azərbaycanda vəd edilib”
Azərbaycan yığmasının sabiq futzalçısı Paulo Rikardo Kaka karyerasında ən çox mükafat vəd olunduğu oyunu açıqlayıb.
ONA-nın məlumatına görə, milliləşdirilmiş braziliyalı bunun ölkəmizdə təklif edildiyini deyib.
Karyerasının böyük hissəsi Rusiya və Azərbaycana bağlı olan Kaka hazırda Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisidir. O, rusiyalılara müsahibəsində yığmamızda oynadığı vaxt vəd olunan mükafatın məbləğindən danışıb:
“Mən Azərbaycan millisində çıxış edəndə DÇ-yə vəsiqə uğrunda Rusiya ilə oynayırdıq. Həmin vaxt bizə ən böyük mükafat vəd olundu. Komandamız bu rəqibi keçsəydi, hərəmiz 25 min dollar alacaqdıq. Lakin onda biz qalib gələ bilmədik”.
678