İtaliyanın “Cucine Lube Civitanova” futbol komandası çərşənbə günü Ankarada “Halkbank” yerli komandası ilə oynayacağı oyun üçün Türkiyəyə gəlməkdən imtina edib.
Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, komanda son dövrdə Türkiyədə yaşanan terror hadisələrini bəhanə edib.
Türkiyədən məsələ ilə bağlı açıqlamaya görə isə, onlar öz adından tam təhlükəsizliyin təmin ediləcəyi ilə bağlı söz verdiklərini deyiblər. Qərarı son olaraq CEV verəcək.