Futbol üzrə İspaniya milli komandasının sabiq baş məşqçisi Luis Araqones 75 yaşında dünyasını dəyişib. Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis bu gün səhər saatlarında Madrid xəstəxanalarından birində keçinib.
Ölümə səbəb kimi ürək xəstəliyi göstərilib.
Qeyd edək ki, Luis Araqones oyunçu karyerası ərzində 3 dəfə - 1966, 1970 və 1973-cü illərdə “Atletiko”nun heyətində İspaniya çempionu olub. O, baş məşqçi kimi ölkə millisinə 2008-ci ildə Avropa çempionluğu qazandırıb. Araqones “Sevilya”, “Valensiya”, “Barselona”, “Betis”, habelə Türkiyənin “Fənərbağça” komandalarına rəhbərlik edib. Təcrübəli mütəxəssis 2013-cü ilin dekabrında baş məşqçi karyerasını başa vurub.