Futbol üzrə İspaniya Kubokunda ilk finalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk cavab görüşündə “Real Madrid” “Atletiko”nu səfərdə də məğlub edib – 2:0.
Hər iki qolu Kriştianu Ronaldu vurub. Onun 7-ci və 16-cı dəqiqələrdə yerinə yetirdiyi penalti zərbələri dəqiq olub. Bu komandalar arasındakı ilk qarşılaşmada da “kral klubu” 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, “Real Madrid”in finaldakı rəqibi bu gecə müəyyənləşəcək. “Barselona” ötən həftə 2:0 hesabı ilə yendiyi “Real Sosyedad”la bu dəfə səfərdə üz-üzə gələcək.