İspaniya Kubokunda “klassik” final
13 fevral 2014 11:56 (UTC +04:00)

İspaniya Kubokunda “klassik” final

Futbol üzrə İspaniya Kubokunda daha bir finalçı müəyyənləşib. Lent.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab görüşündə “Barselona” “Real Sosyedad”la 1:1 hesablı səfər heç-heçəsi sayəsində mərhələ adlayıb.

 

Hesabı 27-ci dəqiqədə “Barsa”nın hücumçusu Lionel Messi açıb. 87-ci dəqiqədə Antuan Qrizman bərabərlik qolunu vursa da, bu, “Real Sosyedad”a heç bir kömək etməyib. İlk görüşdə Kataloniya komandası 2:0 hesabı ilə qalib gəldiyi üçün finala yüksəlib.

 

Qeyd edək ki, həlledici görüşdə “Barselona”nın rəqibi “Real Madrid” olacaq. Oyun aprelin 20-də keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1030
avatar

Oxşar yazılar