İspaniya: ya tamam, ya davam
18 iyun 2014 18:29 (UTC +04:00)

İspaniya: ya tamam, ya davam

Braziliyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin II turunun oyunları davam etməkdədir. Apasport.az saytının məlumatına görə, iyunun 19-da A, B və C qrupunda görüşlər keçiriləcək.

 

Əvvəlcə B qrupunun iki ispan dilli komandası üz-üzə gələcək. Son dünya və Avropa çempionu ilk turda Hollandiya qarşısındakı darmadağını unutdurmaq üçün heç də zəif olmayan Çiliyə mütləq qalib gəlməlidir. Əks halda yenilgi İspaniyanın mundialı erkən tərk etməsinə və Latın Amerikası təmsilçisinin 1/8 finala vəsiqə qazanmasına səbəb ola bilər. Tərəflər indiyədək 10 dəfə qarşılaşıb. Çili bu görüşlərdə qələbə qazana bilməyib. Belə ki, ispanlar 8 dəfə qələbə qazanıbsa, 2 görüş sülhlə başa çatıb. Top fərqində də avropalıların üstünlüyü göz oxşayır – 25:8.


A qrupunda isə II turun ikinci oyunu keçiriləcək. İlk oyunda məğlub olan 2 komanda – Kamerun və Xorvatiya millilərinin görüşü maraqla gözlənilir. Məğlub olan tərəf mundialla erkən vidalaşacaq. Bu, tərəflərin tarixi ərzində ilk görüşü olacaq.

 

C qrupunda isə Kolumbiya Fil Dişi Sahili ilə üzləşəcək. İlk matçlarında qalib gələn 2 kollektiv bu dəfə kimin ən güclü olduğunu müəyyənləşdirməyə çalışacaq. Bu komandalar da tarixləri ərzində ilk qarşılaşmalarını mundialda keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807

Oxşar yazılar