“Lester” futbol klubunun yarımmüdafiəçisi, əlcəzairli Riyad Marez İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusu seçilib.
APA-nın məlumatına görə, bu barədə “The Telegraph” yazıb.
Peşəkar Futbolçular Assosiasiyası tərəfindən təqdim edilən mükafata Marezdən başqa onun komanda yoldaşları Ceymi Vardi və Nqalo Kante, həmçiniun Harri Keyn (“Tottenhem”), Məsut Özil (“Arsenal”), Dimitri Paye (“Vest Hem”) namizədlik ediblər.
Qeyd edək ki, cari mövsümdə 25-yaşlı R.Marez 34 oyunda iştirak edərək 17 qol vurub və 11 nəticəli ötürmə edib.