Noyabrın 30-da, İngiltərə Futbol Assosiyasiyasının iclasında Qaret Sautqeyt ölkə yığma komandasının baş məşqçisi vəzifəsinə təsdiq olunacaq.
APA-nın xəbərinə görə, bu barədə “The Telegraph” qəzeti məlumat verib.
Gözlənildiyinə görə, Q.Sautqeytlə müqavilə 4 il müddətinə bağlanacaq. 46 yaşlı mütəxəssisin məvacibi ildə 1 milyon funt sterlinq təşkil edəcək.
Qeyd edək ki, Qaret Sautqeyt 2006-2009-cu illərdə “Midlsbro” klubu, 2013-2016-cı illərdə İngiltərə U-21 yığmasına başçılıq edib. O, hazırda Sem Ellerdaysın istefasından sonra, sentyabr ayından yığmanın baş məşqçisinin səlahiyyətlərini icra edir.